[b]Əfsanəvi xorvatiyalı Azərbaycan üzərindəki qələbədən danışdı[/b]
14.10.2014 - 08:49
[b]Əfsanəvi xorvatiyalı Azərbaycan üzərindəki qələbədən danışdı[/b]

“Azərbaycan yığmasının Bolqarıstan və İtaliya ilə oyunlarına baxmışdıq. Bu komandanın asan təslim olmadığını görmüşdük. Ona görə də bizimlə matçda bu qədər asan qələbə qazana biləcəyimizi gözləmirdim”. Apasport.az saytının məlumatına görə, bunu Xorvatiya Futbol İttifaqının prezidenti Davor Şuker deyib.

 

Şuker milli komandalarının  Avropa çempionatının seçmə mərhələsində yığmamıza 6:0 hesabı ilə qalib gəlməsindən  sonra müsahibə verib. DÇ-1998-in bombardiri UEFA tərəfindən cərimələnəcəklərini bildirib: “Oyunumuzdan çox razıyam və qələbə qazandığımız üçün özümü xoşbəxt hiss edirəm. Fenomenal matç oldu. Bütün oyunçulara təşəkkürümü çatdırıram. İtaliyaya çətin səfərimiz var. Yalnız bir az ona görə təəssüflənirəm ki, Mancukiç qol vura bilmədi... Azarkeşlərə bizi Azərbaycanla oyunda dəstəklədikləri üçün təşəkkürümü bildirirəm. Bununla belə, matç vaxtı xoşlamadığım bir şey - fakel yandırıldı. Təbii ki, biz buna görə cərimə ödəyəcəyik”.

 

2012-ci ilin iyulundan yerli federasiyanın prezidenti seçilən 46 yaşlı mütəxəssis doğulduğu Osiyek şəhərində azarkeşlərin Azərbaycanla oyuna maraq göstərməsini nəzərə alıb, Norveçlə matçın da bura salına biləcəyini istisna etməyib: “Noyabrın 12-də Londonda ABŞ-la yoldaşlıq görüşümüz var. Növbəti ev oyunumuz isə dekabrın 28-də Norveçə qarşı olacaq. Bu görüşün harda keçirilməsi İcraiyyə Komitəsinin qərarından asılıdır. Bu müddətdə Zaqreb, Pula, Osiyek və Splitdəki bütün stadionlara baxıb qərar veriləcək”.

 

Qeyd edək ki, Davor Şuker futbolçu karyerası ərzində məşhur klublardan Zaqreb “Dinamo”su, “Sevilya”, “Real”, “Arsenal”, “Vest Hem” və “Münhen 1860”da çıxış edib.

0