[b]Əhməd, Neymar və Dmitri Nazarov[/b]
11.06.2015 - 09:53
[b]Əhməd, Neymar və Dmitri Nazarov[/b]

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən məhsuldar oyunçularının siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, 2015-ci ilin ilk 5 ayında keçirilən beynəlxalq matçlarda ən çox qol vuranların cədvəlinə Əhməd Xəlil başçılıq edir.

 

BƏƏ millisində 4, bu ölkənin “Əl-Əhli” klubu ilə qitə miqyaslı turnirdə 5 qol vuran hücumçu ümumilikdə 9 dəfə fərqlənib. Onun ən yaxın izləyiciləri hərəyə 8 dəfə fərqlənən 3 oyunçudu.

 

Bunlar argentinalı Qustavo Bou, braziliyalı Qustavo Qulart və makedoniyalı Riste Naumovdu. Ümumilikdə isə 31 oyunçu 5 və daha çox qol vurub. Onlar arasında Karlos Bakka, Neymar və Kriştianu Ronaldo kimi bombardirlər də yer alıb.

 

Qeyd edək ki, Azərbaycan millisi və klublarının heyətində 2015-ci ildə ən çox qol vuran futbolçu Dmitri Nazarovdu. O, yığmamızın heyətində 2 qol vurub.