[b]Əhmədovlar bir olmur, Tərlanı var, Elşadı var...[/b]
22.05.2018 - 12:07
[b]Əhmədovlar bir olmur, Tərlanı var, Elşadı var...[/b]

Topaz Premyer Liqasının 2017/18 mövsümündə 13 baş məşqçi iştirak edib. Apasport.az saytının məlumatına görə, 28 turluq marafona çıxan 8 komandadan 5-i yolu eyni çalışdırıcı ilə qət edib.

 

“Qarabağ”, “Qəbələ”, “Zirə”, “Sumqayıt” və “Səbail” bir baş məşqçiyə mövsüm boyu güvənib. “Kəpəz” 2, “Keşlə”ylə “Neftçi” 3 çalışdırıcıya ehtiyac duyub. Lakin sonuncularda bu məşqçilərdən biri vəzifəni müvəqqəti icra edib.

 

13 məşqçinin nəticələrini müqayisə etsək, “Qarabağ”ı ardıcıl 5-ci çempionluğa daşıyan Qurban Qurbanov bütün həmkarlarını qabaqlayır. Çalışdırıcıların topladığı xalların faizinə nəzər salanda 4 turdan sonra “Neftçi”yə gələn Tərlan Əhmədov 2-ci sırada qərarlaşıb. 3-cü pillədə isə “Qəbələ”ylə gümüş əldə edən Roman Qriqorçukdu.

 

İki məşqçi isə xal üzünə həsrət qalıb. Bunlar 4 məğlubiyyət alan Ramiz Məmmədov və 2 oyunluq şans qazanan Elxan Abdulleyavdi. “Neftçi”nin digər çalışdırıcısı Elşad Əhmədov isə cəmi 1 xal toplayıb.

 

yer

məşqçi (klubu)

O

Q

H

M

T/F

X

faizlə

1

Qurban Qurbanov (Qarabağ)

28

20

5

3

37-13

65

77,38%

2

Tərlan Əhmədov (Neftçi)

24

14

3

7

38-23

45

62,50%

3

Roman Qriqorçuk (Qəbələ)

28

14

7

7

43-26

49

58,33%

4

Yuri Maksimov (Keşlə)

14

6

5

3

20-15

23

54,76%

5

Ayxan Abbasov (Zirə)

28

12

8

8

36-30

44

52,38%

6

Samir Abasov (Sumqayıt)

28

11

7

10

34-33

40

47,62%

7

Samir Əliyev (Səbail)

28

6

5

17

19-39

23

27,38%

8

Zaur Svanadze (Keşlə)

10

2

2

6

7-14

8

26,67%

9

Şahin Diniyev (Kəpəz)

12

2

1

9

9-20

7

19,44%

10

Elşad Əhmədov (Neftçi)

2

0

1

1

0-1

1

16,67%

11

Yunis Hüseynov (Kəpəz)

16

1

4

11

9-27

7

14,58%

12

Ramiz Məmmədov (Keşlə)

4

0

0

4

2-10

0

0,00%

13

Elxan Abdullayev (Neftçi)

2

0

0

2

1-4

0

0,00%