[b]Elbrus Məmmədov: Bunun özü bir qəhrəmanlıqdı[/b]
08.05.2015 - 19:39
[b]Elbrus Məmmədov: Bunun özü bir qəhrəmanlıqdı[/b]

“Qəbələ” ilə matçdan sonra, yəqin ki, fikirlərimi oxumuşdunuz. Bildirmişdim ki, “Xəzər Lənkəran”a qarşı oynamaq bizim üçün çətin olacaq”. Apasport.az saytının məlumatına görə bu sözləri “Xəzər Lənkəran” – “Qarabağ” oyunundan sonra ağdamlıların baş məşqçisi Qurban Qurbanov deyib.

 

Rəqibin heyətindəki gənc və istəkli futbolçuların tam güclərini ortaya qoyduqlarını da qeyd edən mütəxəssis onlardan xoşu gəldiyini də sözlərinə əlavə edib:

 

“Futbolçularımdan isə ciddi narazılığım yoxdur. Uzun yoldan sonra yaxşı təsir bağışladılar. Mövsümün sonuna doğru getdikcə yorğunluq meydana gəlir”.

 

“Xəzər Lənkəran”ın məşqçisi Elbrus Məmmədov isə maraqlı oyun olduğunu, hər iki komandanın yaxşı futbol sərgilədiyini bildirib:

 

“Rəqibimizə uğurlar arzu edirəm. İnanıram ki, “Qarabağ” bu il də Azərbaycan çempionu olacaq. “Qarabağ” kimi komandaya qol vurmaq özü bir qəhrəmanlıqdı”.