[b]Elio Souza: Bu, həmişə alınmır - MÜSAHİBƏ[/b]
14.05.2016 - 18:01
[b]Elio Souza: Bu, həmişə alınmır - MÜSAHİBƏ[/b]

Portuqaliyanın 17 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Elio Souzanın apasport.az saytına müsahibəsi

 

- Azərbaycanla oyunda olduğu kimi, Avstriya üzərində də 5 qollu qələbə qazandız. 2 oyundan hansı komandanız üçün daha çətin alındı?

- Hər iki görüş çətin alındı. Həm birinci, həm də bugünkü oyunda asan qələbə qazandığımızı deməzdim. Azərbaycanla görüşümüz də asan keçməmişdi. Sadəcə, turnirin gedişatı baxımından indi vəziyyət fərqlidi. Çünki hazırda uduzan komanda turnirlə vidalaşır. Üstəlik, bu gün bizi stadionda dəstəkləyən azarkeşlərimiz də var idi. Onların dəstəyi bizə əlavə stimul verdi.

 

- Qrup mərhələsinin son matçında - Belçika ilə oyunda qalib gəlməyinizə nə mane oldu?

- Həmin oyuna qədər qələbə qazanaraq irəliləyirdik. Belçika ilə görüşün əvvəlində 6 qol şansımız oldu. Lakin onların heç birini dəyərləndirə bilmədik. Matçın ilk 25 dəqiqəsi ərzində hesabı açsaydıq, yekun nəticə tam fərqli olacaqdı. Bundan başqa, heyətdə bəzi dəyişikliklər etdik. Deməzdim ki, o oyunun bizim üçün əhəmiyyəti yox idi. Sadəcə, komandam meydana rahat çıxmışdı.

 

- Avropa çempionatında bu vaxta qədər keçirdiyiniz 4 görüşün 2-də böyükhesablı qələbə qazanmısız. Rəqib qapısından mümkün qədər çox qol keçirmək sizin üçün nə dərəcədə önəmlidi?

- Biz istərdik ki, hər oyunun əvvəlində erkən qollar vuraq. Amma bu, həmişə alınmır. Oyunun gedişatı həmişə biz istəyən məcrada olmur. Məşqlərdə istədiyimiz hər şeyi edirik. Lakin oyuna çıxanda vəziyyət fərqli olur.

 

- 6 qolla Avropa çempionatının bombardiri olan, komandanızın üzvü Joze Qomesi gələcəyin Nuno Qomeşi hesab etmək olar?

- Dəqiq bir söz deyə bilmərəm. Çox istərdim ki, komandamın hər bir üzvü gələcəkdə ulduz olsun. Lakin Portuqaliya yığması ayrı-ayrı oyunçulardan asılı deyil. Sərəncamımda 18 futbolçu var. Biz komanda şəklində güclüyük.

 

 

 

0