[b]Əliyar Ağayev UEFA-nın I kateqoriyasına yüksəldi[/b]
30.05.2018 - 11:01
[b]Əliyar Ağayev UEFA-nın I kateqoriyasına yüksəldi[/b]

Əliyar Ağayev UEFA-nın birinci kateqoriyalı hakimlər qrupuna yüksəlib. Apasport.az xəbər verir ki, bu barədə məlumatı Peşəkar Futbol Liqasının rəsmi saytı yayıb.

 

Bildirilir ki, bir neçə ildi FİFA referisi olan, beynəlxalq oyunlara təyinat alan Ağayev yüksək səviyyəli idarəçiliyinə görə birinci kateqoriyaya layiq görülüb. O, müstəqillik dövründə bu pilləyə yüksələn ilk azərbaycanlı hakimdi.

 

Bu isə o deməkdi ki, Əliyar Ağayev bundan sonra daha mühüm turnirlərin görüşlərinə təyinat alacaq.