[b]Əliyar Ağayev səhvini düzəltdi[/b]
09.04.2018 - 11:45
Topaz Premyer Liqasının XXII turunun “Neftçi” – “Sumqayıt” matçının protokolunda dəyişiklik edilib. Apasport.az PFL-in rəsmi saytına istinadən məlumat verir ki, avtoqol "Sumqayıt"ın üzvü Azər Salahlının passivindən silinib.
63-cü dəqiqədə vurulan qolun müəllifi kimi Namiq Ələsgərov qeyd olunub. Dəyişiklik oyunun baş hakimi Əliyar Ağayevin raportuna əsasən həyata keçirilib.
Qeyd edək ki, “Neftçi” – “Sumqayıt” matçı 2:2 hesabı ilə başa çatıb.
0
0