Azərbaycan çempionatının I divizionunda hakim təyinatları açıqlanıb. Apasport.az saytının məlumatına görə, XXV turun hakim təyinatları FİFA referilərinin adları ilə diqqət çəkir.
Belə ki, Premyer Liqada hakim çatışmazlığı olduğu vaxtda Əliyar Ağayevlə Rəhim Həsənov diviziona “sürgün olunub”. Həsənov Premyer Liqaya vəsiqə üçün mübarizə aparan “Ağsu”yla “Zaqatala” arasında görüşdə fit çalacaq. Eyni arzuda olan “Səbail”lə “Şəmkir”in görüşü isə Ağayevə tapşırılıb.
I divizion
XXV tur
21 aprel (cümə)
16:00. “Şahdağ” – “Turan Tovuz”
Hakimlər: Ramil Əhmədov, Aleksandr Musatkin, Habil Əliyev, Anar Fərəcov
Hakim-inspektor: Rüfət Əliyev
Şövkət Orduxanov adına Qusar şəhər stadionu
16:00. “Ağsu” – “Zaqatala”
Hakimlər: Rəhim Həsənov, Coşqun Həsənov, Akif Əmirəli, Nicat İsmayıllı
Hakim-inspektor: Vaqif Ayvazov
Ağsu şəhər stadionu
16:00. “Səbail” – “Şəmkir”
Hakimlər: Əliyar Ağayev, Rahil Ramazanov, Cəmil Quliyev, Fərid Məmmədov
Hakim-inspektor: Şakir Əmrahov
“Bayıl Arena”
16:00. “Energetik” – “Bakılı”
Hakimlər: Qorxmaz Eldarov, Mirzə Fərzəliyev, Eyyub İbrahimov, Rauf Allahverdiyev
Hakim-inspektor: Qabil Nərimanov
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu
16:00. “Göyəzən” – “Mil-Muğan”
Hakimlər: Ramiz Məhərrəmov, Kənan Məlikov, Ruslan Nəsibov, Elçin Abdullayev
Hakim-inspektor: Namiq Qasımov
Qazax şəhər stadionu
16:00. “Qaradağ Lökbatan” – MOİK
Hakimlər: Rövşən Rəcəbov, Yaşar Abbasov, Elnur Ağayev, Natiq Əlixanov
Hakim-inspektor: Əlibala Ələsgərov
Lökbatan İdman Kompleksinin stadionu