[b]Əliyar Ağayevlə Ömər Paşayev I diviziona göndərildi[/b]
10.04.2018 - 15:59
[b]Əliyar Ağayevlə Ömər Paşayev I diviziona göndərildi[/b]

Azərbaycan çempionatının I divizionunda XXIII turun oyunlarına hakim təyinatları açıqlanıb. Apasport.az saytının məlumatına görə, AFFA-nın Hakimlər Komitəsi FİFA referilərindən ikisini aşağı dəstəyə göndərib.

 

Əliyar Ağayev “Sabah” – “Xəzər” görüşünə təyinat alıb. Ömər Paşayev isə “Binə” – “Şüvəlan” matçında ədaləti qoruyacaq.

 

I divizion

XXIII tur
12 aprel (cümə axşamı)


16:00. MOİK – “Turan Tovuz”
Hakimlər: Rəşad Əhmədov, Nahid Əliyev, Roman Vasilyev, Anar Göyçayski
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu

16:00. “Sabah” – “Xəzər”
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Zeynal Zeynalov, Elxan Müslümov
Binə qəsəbə stadionu

13 aprel (cümə)

16:00. “Qaradağ Lökbatan” – “Zaqatala”
Hakimlər: Fərid Məmmədov, Vüsal Qənbərov, Rahin Heybətov, Alik Yunusov 
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu

 

16:00. “Binə” – “Şüvəlan”
Hakimlər: Ömər Paşayev, Cəmil Quliyev, Eyyub İbrahimov, Ramiz Məhərrəmov
Binə qəsəbə stadionu

16:00. “Ağsu” – “Mil-Muğan”
Hakimlər: Ramil Əhmədov, İsgəndər Əliyev, Elşad Abdullayev, Anar Fərəcov
Ağsu şəhər stadionu

Mənbə: pfl.az