[b]Elxan Məmmədov: Berti Foqts nəticələrə görə izahat verməlidi[/b]
14.10.2014 - 13:35
[b]Elxan Məmmədov: Berti Foqts nəticələrə görə izahat verməlidi[/b]

“3 oyundan 0 xal qazanmağımız pis nəticədi. Məşqçi və komandanın qarşısına müəyyən məqsədlər qoymuşduq. Amma hələlik xal qazana bilməmişik”. Apasport.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

 

O, dünən Azərbaycan millisinin AVRO-2016-nın seçmə mərhələsində Xorvatiyaya 0:6 hesabı ilə uduzmasına şərh verib: “Təəssüf ki, bu reallıqdı. Biz vəziyyəti təhlil etməliyik və bu məsələ İcraiyyə Komitəsinin üzvləri ilə də müzakirə olunacaq. Berti Foqts nəticələrə görə izahat verməlidi. 0:6 hesabı ilə uduzmamalı idik. İki səfər oyununda xalsız qayıtmaq da bizim məqsədimiz deyildi”.