[b]Elxan Məmmədov: Bunları bilmək çox vacibdi[/b]
17.03.2015 - 12:39
[b]Elxan Məmmədov: Bunları bilmək çox vacibdi[/b]

“Bu layihədə iştirak etmək müsbət haldı. MESGO hər birimizə böyük təcrübə qazandırır”. Apasport.az saytının məlumatına görə, bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

 

Belçikanın paytaxtı Brüsseldə keçirilən MESGO layihəsində iştirak edən Məmmədov proqramla bağlı fikirlərini bölüşüb. Onun sözlərinə görə, bu cür layihələr federasiyalar arasındakı iş münasibətlərini təkmilləşdirir: “Hər federasiyanın nümayəndəsi öz təcrübəsi, iş sistemi haqda məlumat verir. Təbii ki, digər federasiyaların iş sistemini eşitmək təcrübə baxımından önəmlidi. Layihənin detallarında bütün idman federasiyalarının strukturu göstərilib. Bunları bilmək hər birimiz üçün çox vacibdi. Turnirlərin necə keçirildiyi, təşkilati işlərin necə qurulduğunu bilmək digər federasiyalara da təcrübə qazandırır”.

 

Qeyd edək ki, MESGO idman təşkilatlarının və federasiyaların nümayəndələrinin iştirakı ilə keçirilən layihədi. Layihədə mövcud olan və yarana biləcək problemlərin həlli yolu müzakirə olunur. Bundan əlavə, təşkilat və federasiyaların nümayəndələri öz bilik və iş təcrübələrini bir-birləri ilə bölüşürlər.