[b]Elxan Məmmədova UEFA-da vəzifə verildi[/b]
14.09.2016 - 12:16
AFFA-nın baş katibi Elxan Məmmədov UEFA-nın bu gün keçirilən Konqresində mühüm səlahiyyət sahibi olacaq. Apasport.az saytının məlumatına görə, Məmmədov seçki komissiyasının üzvü təyin olunub.
Məlumatı əməkdaşımızla söhbətində AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu da təsdiqləyib. O bildirib ki, Yunanıstanın paytaxtı Afinada keçirilən UEFA-nın prezident seçkilərində AFFA-nın baş katibi 4 üzvdən biri olacaq.
Qeyd edək ki, UEFA prezidentliyi uğrunda hollandiyalı Mixael van Praq və sloveniyalı Aleksandr Çeferin mübarizə aparır.
0
0