[b]Emanuele Cakkerini yığmamızla oyuna çağırılmayacaq[/b]
04.10.2014 - 12:57
[b]Emanuele Cakkerini yığmamızla oyuna çağırılmayacaq[/b]

İngiltərənin “Sanderlend” klubunun italiyalı cinah hücumçusu Emanuele Cakkerini millimizlə oyuna çağırılmayacaq. Apasport.az saytının məlumatına görə, 29 yaşlı futbolçu bu gün İngiltərə Premyer Liqasının VII turu çərçivəsində keçiriləcək “Stok Siti” ilə oyunun məşqində topuğundan zədə alıb.

 

Bu, Cakkerinin mövsüm ərzində aldığı ikinci zədədir. İlk dəfə 2012-ci ildə İtaliya millisinə çağırılan sabiq “Yuventus”lu mövsüm öncəsi qasıq nahiyəsindən zədə almışdı. O, Antonio Kontenin baş məşqçisi olduğu son 2 oyunda güvəndiyi simalardandır.

 

“Sanderlend”in uruqvaylı baş məşqçisi Qus Poyet isə Cakkerininin zədəsi haqda danışıb: “Cakki işlədiyim ən böyük oyunçulardan biridir. O, çox yaxşı idi, ancaq mövsüm öncəsi aldığı kiçik zədə onu geri qoydu. Sonra o, zədədən qayıtsa da, digər bir zədə üzləşdi. Onun üçün bir az təəssüf hissi keçirirəm. Çünki Emanuele bizim həftə içi və həftə sonu keçirdiyimiz oyunlarda meydanda ola bilərdi. Ancaq onun zədə problemləri var”.

 

Qeyd edək ki, İtaliya yığmasının baş məşqçisi Antonio Konte bu gün Bakı vaxtı ilə saat 23:30-da millimiz və Malta ilə seçmə oyunlar üçün heyəti açıqlayacaq. Bu heyətdə İngiltərədə oynayanlardan “Sauthempton”un hücumçusu Qratsiano Pellenin olacağı bildirilir.