[b]Emeqara “Qarabağ”da qol “orucu”nu pozdu[/b]
26.10.2014 - 19:36
“Qarabağ”ın yeni transferi İnnosent Emeqara yeni komandasında ilk qolunu vurub. Apasport.az saytının məlumatına görə, isveçrəli hücumçu hazırda Topaz Premyer Liqasının IX turunda “Xəzər Lənkəran”la keçirilən matçın 19-cu dəqiqəsində penaltidən fərqlənib.
Qoldan 9 dəqiqə sonra Emeqara qonaqları daha bir dəfə cəzalandırıb.
Qeyd edək ki, “Qarabağ” - “Xəzər Lənkəran” oyunu 3:2 hesabı ilə Ağdam klubunun üstünlüyü ilə davam edir.
0
0