Millimizin üzvü Emil Balayevin çıxış etdiyi “Ayntraxt” klubu qapıçı axtarışını davam etdirir. Apasport.az saytı Almaniya mətbuatına istinadən xəbər verir ki, Frankfurt klubunu hazırda ən çox narahat edən məsələ məhz qapı xətti ilə bağlıdı.
Kevin Trappın PSJ-yə keçidindən sonra baş məşqçi Armin Fe rəhbərlikdən yeni qapıçı alınmasını tələb edib. Buna baxmayaraq, almanlar hələ ki, onun istəyini yerinə yetirə bilməyiblər. Münasib qiymətə yüksək səviyyəli qolkiper almaq niyyətində olan “Ayntraxt” rəhbərliyi bu arzunu reallaşdıra bilmir.
Hazırda “Ayntraxt”ın heyətində 3 qapıçı – Emil Balayev, Haynts Lindner və Yannik Zummak olsa da, məşqçilər korpusu bu futbolçulardan hər hansı birinə güvənməklə, risk etməkdən çəkinir. Ancaq axtarışlar müsbət nəticələnməsə, “Ayntaxt”ın qapısını məhz adıçəkilən futbolçulardan biri qorumalı olacaq.
“Austria”dan transfer edilən Lindnerin Balayev və Zummakla müqayisədə, əsas qapıçı olmaq şansı daha çoxdu. Belə ki, “Ayntraxt”ın qapıçılarla işləyən məşqçisi Manfred Pets 3 nəfərdən məhz Lindneri daha çox bəyənir. Bununla belə, o, avstriyalının indi yox, yaxın gələcəkdə “Ayntraxt”ın əsas qapıçısı olacağını düşünür: “Lindnerin yaxşı keyfiyyətləri var. Gələcəkdə əsas qapıçı o, olacaq. Amma hələ tezdi. Əgər Lindner bu cür işləməyə davam etsə, ondan razı qalacam”.
24 yaşlı qolkiper özü də “Ayntraxt”ın əsas heyət üzvü olmaq arzusundadı: “Burda özümü ilk gündən evimdəki kimi hiss edirəm. Komanda üzvləri mənə hər məsələdə yardımçı olurlar. Məşqlərdə əlimdən gələni edib, özümü yaxşı tərəfdən göstərməyə çalışıram. Vaxtı gələndə tam hazır olacam. Ancaq kimin əsas qapıçı olacağına baş məşqçi qərar verəcək. Almaniya və Avstriya çempionatları fərqlidi. Çalışıram ki, gündən-günə daha da inkişaf edim”.
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
- Şeşko yenidən zədələndi – MİLLİNİN DÜŞƏRGƏSİNİ TƏRK ETDİ
- İngiltərə millisində zədə şoku - 5 futbolçu düşərgəni tərk etdi
- “Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
- “Fənərbaxça”nın futbolçusu əməliyyat olunub - 2 ay oynamayacaq