[b]Emin Mahmudov vurdu, “Boavişta” sevindi[/b]
01.08.2017 - 00:05
Yeni mövsümə hazırlıqları davam etdirən klublar yoxlama oyunlarında güclərini sınayırlar. Apasport.az saytının məlumatına görə, milli komandamızın oyunçusu Emin Mahmudovun şərəfini qoruduğu “Boavişta” da növbəti oyununu keçirib.
Sözügedən kollektiv Portuqaliyanın aşağı liqa təmsilçilərindən “Eşpinyo” ilə qarşılaşıb. Beş qolun vurulduğu matçda futbolçumuzun komandası inamlı qələ qazanıb – 4:1.
Matça ehtiyat oyunçular skamyasında başlayan Emin ikinci hissədə meydana daxil olub. O, 76-cı dəqiqədə komandasının sonuncu qoluna imza atıb.
0
0