[b]Əmrə Can mundialı buraxacaq?[/b]
06.04.2018 - 11:34
[b]Əmrə Can mundialı buraxacaq?[/b]

“Liverpul”un futbolçusu Əmrə Canın durumuna aydınlıq gəlib. Apasport.az saytı Britaniya mətbuatına istinadən xəbər verir ki, İngiltərə Premyer Liqasının XXXI turunun “Uotford”la görüşündə (5:0) zədə alan 24 yaşlı yarımmüdafiəçi mövsümü vaxtından əvvəl qapaya bilər.

 

Bel nahiyəsində ağrılar hiss edən Canın bərpa prosesi 2 aya yaxın sürəcək. Belə olan halda Almaniya millisinin üzvünün Rusiyada keçiriləcək dünya çempionatına yollanacağı sual altındadı.

 

Qeyd edək ki, Əmrə Can cari mövsümdə 37 oyunda 6 qol vurub.