[b]Əmrə Mor Türkiyəyə köçür[/b]
03.05.2018 - 13:15
“Selta”nın futbolçusu Əmrə Morun karyerasını Türkiyədə davam etdirməsi gözlənilir. Apasport.az saytının AS nəşrinə istinadən məlumatına görə, gənc yarımmüdafiəçi “Qalatasaray”a keçmək üzrədi.
Milli üzvünün keçidində maraqlı olan “sarı-qırmızılılar” transferin reallaşması üçün qarşı tərəflə danışıqlara başlayıb. Həmçinin futbolçu özü də “Selta”nı tərk etmək fikrindədi. Məşqlərə gecikdiyi üçün tez-tez cəzalandırılan 20 yaşlı yarımmüdafiəçi hətta bir ara əsas komandadan uzaqlaşdırılmışdı.
Qeyd edək ki, Əmrə Mor “Selta”ya ötən il Dortmund “Borussiya”sından keçib.
0
0