[b]Ən bahalı “onluq”[/b]
29.12.2017 - 10:30
[b]Ən bahalı “onluq”[/b]

Qış “transfer pəncərəsi” rəsmən açılmamış ilk rekord keçid baş tutub. Apasport.az saytının məlumatına görə, “Sauthempton”u “Liverpul”a dəyişən Vircil van Diyk futbol tarixinin ən bahalı müdafiəçisinə çevrilib.

 

Yanvarın 1-dən “qırmızılar”a məxsus olacaq hollandiyalı 85 milyon avro dəyərindədi. O, bununla  David Luizə məxsus rekordu yeniləyib. Braziliyalı futbolçu ötən il “Çelsi”dən PSJ-yə 62,5 milyon avroya keçmişdi.

 

Ümumiyyətlə, müdafiəçilərə ən çox dəyər verilən çempionat İngiltərə Premyer Liqasıdı. Ən bahalı “onluğ”a nəzər yetirsək, 7 arxa xətt oyunçusu böyük məbləğ qarşılığında Premyer Liqa klubları ilə anlaşıb. Bu baxımdan “Mançester Siti” digərlərindən fərqlənir. “Şəhərlilər” indiyə qədər 5 müdafiəçiyə astronomik məbləğdə pul xərcləyib. Həmin “beşlik”dəki Benjamin Mendi, Con Stounz, Kayl Uolker, Elyakim Manqala və Nikolas Otamendinin keçidi son 3 ildə reallaşıb və onların hamısı hazırda “Mançester Siti”nin formasını geyinir.

 

Ən bahalı 10 müdafiəçi:

 

1. Vircil van Diyk

“Sauthempton”dan “Liverpul”a

2018-ci il. 85 milyon avroya

 

2. David Luiz

“Çelsi”dən PSJ-yə

2014-cü il. 62,5 milyon avroya

 

3. Benjamin Mendi

“Monako”dan “Mançester Siti”yə

2017-ci il. 58,2 milyon avroya

 

4. Con Stounz

“Everton”dan “Mançester Siti”yə

2016-cı il. 58 milyon avroya

 

5. Kayl Uolker

“Tottenhem”dən “Mançester Siti”yə

2017-ci il. 56,7 milyon avroya

 

6. Elyakim Manqala

“Valensiya”dan “Mançester Siti”yə

2014-cü il. 51,7 milyon avroya

 

7. Rio Ferdinand

“Lids”dən “Mançester Yunayted”ə

2002-ci il. 46 milyon avroya

 

8. Nikolas Otamendi

“Valensiya”dan “Mançester Siti”yə

2015-ci il. 45 milyon avroya

 

9. Tiaqo Silva

“Milan”dan PSJ-yə

2012-ci il. 42 milyon avroya

 

10. Leonardo Bonuççi

“Yuventus”dan “Milan”a

2017-ci il. 42 milyon avroya