Bu gün futzal üzrə Birinci Liqada keçirilən “Standard” – “Romana” oyunu bir özəlliyi ilə də yadda qalıb. Apasport.az saytı Azərbaycan Futzal Federasiyasının saytına istinadən xəbər verir ki, fasiləyə qədər cəmi 9 qol vuran “Standard” ikinci hissədə rəqibini daha 19 dəfə meydanın mərkəzinə dəvət edib.
Nəticədə oyun 28:0 hesabı ilə başa çatıb. Bu, cari mövsümdə ən fərqli qələbədi.
Buna qədər rekord 15-ci turda qeydə alınmışdı. “Qarabağ” elə “Romana”nın qapısından 29 top keçirmişdi. Ancaq autsayder bu qollardan 3-nün qarşılığını verə bilmişdi. Bu dəfə isə “Romana” qol vura bilməyib və nəticədə “Standard” mövsümün ən böyükhesablı qələbəsini aktivinə yazdırıb.