[b]Ernest Nfora futbol oynamaq qadağan edilib[/b]
17.03.2015 - 10:34
[b]Ernest Nfora futbol oynamaq qadağan edilib[/b]

“Neftçi” bu mövsüm hücumçusu Ernest Nforun xidmətindən məhrum qalacaq. Apasport.az saytının məlumatına görə, buna səbəb təcrübəli futbolçunun zədəsinin ciddi olmasıdı.

 

2015-ci ildə cəmi 1 oyunda iştirak edən kamerunlu forvard yenidən onurğasında ağrılar hiss edib. 29 yaşlı oyunçu Belçikada şəxsi həkimi tərəfindən müayinə olunacaq. Nforun zədəsi çox ciddi olduğundan, həkimlər ona futbol oynamağı qadağan ediblər. Bu zədənin sağalma müddəti ən azı ay yarım, 2 ay çəkir. Bu isə o deməkdi ki, Ernest Nfor üçün 2014/15 mövsümü artıq başa çatıb.

 

Qeyd edək ki, Nfor sonuncu dəfə yanvarın 31-də XIX tur çərçivəsində AZAL-la qarşılaşmada meydançaya çıxıb.

 

Rəvan ƏKBƏR