[b]Errera rekorda şərik çıxdı[/b]
03.04.2018 - 12:05
[b]Errera rekorda şərik çıxdı[/b]

“Neftçi”nin futbolçusu İqnasio Errera Premyer Liqada 10-cu qolunu vurub. Apasport.az PFL-in saytına istinadən xəbər verir ki, “ağ-qaralar”ın ötən mövsüm heyətinə qatdığı çilili legioner yubileyə 33-cü matçında nail olub.

 

O, XXI turun “Səbail”lə ev oyunundakı dublla 10-a çatıb. Ötən mövsüm 12 oyunda 3 dəfə fərqlənən cənubi amerikalı cari çempionatdakı 21-ci görüşündə 7-ci dəfə rəqib qapısına yol tapıb.

 

Errera “Neftçi”nin heyətində Azərbaycan çempionatlarında 10 və daha çox qol vuran 34-cü futbolçu kimi tarixə düşüb. O, “ağ-qaralar”ın indiki heyətində bu göstəricidə rekorda şərik çıxıb. Belə ki, Rəşad Sadiqov və Ruslan Abışov da “Neftçi” formasında Premyer Liqada 10 qola sevinib.

0