[b]Əvvəl avtomobilini göndərdi, sonra özü gedəcək[/b] - FOTO
20.05.2016 - 15:45
[b]Əvvəl avtomobilini göndərdi, sonra özü gedəcək[/b] - FOTO

Portuqaliya yığmasının üzvü Luiş Naninin “Fənərbaxça”dan ayrılacağı dəqiqləşib. Apasport.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi ölkəsinə qayıtmağa qərar verib.

 

Nani İstanbulda idarə etdiyi avtomobili artıq Portuqaliyaya göndərib.

 

Baş məşqçi Vitor Pereyra ilə münasibətləri yaxşı olmayan xavbekin “sarı-lacivərtlilər”i tərk edəcəyi gözlənilən idi. Üstəlik, Superliqada heç cür əsl oyununu nümayiş etdirə bilməyən Naninin adı müxtəlif klublarla birgə hallanırdı. Onun karyerasını yenidən ölkəsində davam etdirəcəyi bildirilir.

 

Qeyd edək ki, ötən ildən “Fənərbaxça”da çıxış edən Nani bu klubun heyətində 46 oyunda 12 qola imza atıb.  

0