[b]Əvvəlcə qonaqlar[/b]
01.08.2017 - 00:33
[b]Əvvəlcə qonaqlar[/b]

Avqustun 3-də UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyununda “Qəbələ” Yunanıstanın “Panatinaikos” komandasını qəbul edəcək. Apasport.az saytının məlumatına görə, 8-ci km qəsəbə stadionunda baş tutacaq “Qəbələ” – “Panatinaikos” matçı öncəsi baş məşqçilərin mətbuat konfransı oyundan bir gün əvvəl – avqustun 2-də saat 19:30-da arenanın media zalında start götürəcək.

 

İlk olaraq jurnalistlərin önünə “Panatinaikos”un baş məşqçisi Marinos Uzinidis çıxacaq. Saat 20:15-də isə “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk media nümayəndələrinin suallarını cavablandıracaq.

 

Komandaların oyunöncəsi son məşqi də “Bakcell Arena”da baş tutacaq. Qonaqlar saat 20:00-da, “qırmızı-qaralar” saat 21:00-da məşqə çıxacaq.