[b]Əziz Yıldırım həvəskar liqasını derbidən üstün tutdu[/b]
19.10.2014 - 16:21
[b]Əziz Yıldırım həvəskar liqasını derbidən üstün tutdu[/b]

“Fənərbaxça”nın prezidenti Əziz Yıldırım dünən “Qalatasaray”la baş tutan derbi oyununu izləməyib. Apasport.az saytının məlumatına görə, “Türk Telekom Arena”da keçirilən və “Cim-Bom”un 2:1 hesabı ilə qələbəsi ilə başa çatan matça baxmayan klub rəhbəri Türkiyənin həvəskar liqasında "Acıbadəmspor" - "Anadolu Hisarı İdman Yurdu" görüşünə baxırmış.

 

O, bu qarşılaşmaya "Anadolu Hisarı İdman Yurdu"nun rəhbərliyinin xahişi ilə gedib. Lakin Yıdırım matçı sona qədər izləməyib. “Sarı-bülbüllər”in prezidenti fasilədən sonra stadionu tərk edib.