[b]Əzizovun komandası qələbə qazandı[/b]
31.03.2018 - 10:32
[b]Əzizovun komandası qələbə qazandı[/b]

Hollandiya I Divizionunda XXXII tura yekun vurulub. Apasport.az saytı xəbər verir ki, U-21 millimizin üzvü Ziya Əzizovun formasını geyindiyi “Den Boş” da növbətini matçını keçirib.

 

Həmyerlimizin komandası öz meydanında “Maastrix”lə qarşılaşıb. Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Gənc futbolçumuz da görüşdə iştirak edib. Baş məşqçi Vil Boessen Ziya Əzizovu 90-cı dəqiqədə meydana buraxıb.

 

Qeyd edək ki, aktivində 44 xal “Den Boş” turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.