[b]Fariz Nəcəfov: Deyibsə, deməli, gedəcək[/b]
28.05.2018 - 22:39
[b]Fariz Nəcəfov: Deyibsə, deməli, gedəcək[/b]

“Azarkeşə kubok lazım idi ki, onu da əldə edə bilmədik. Onların narazılıqlarını normal qəbul edirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov deyib.

 

Ölkə kubokunun finalında “Keşlə” ilə oyundan sonra açıqlama verən klub rəsmisi komandanın gələcək strategiyasından danışarkən planlarda dəyişiklik olmayacağını vurğulayıb: “Bizim strategiyalarımız əvvəlcədən müəyyənləşdirilmişdi. Ona görə bu oyunun gələcək planlarımıza bir dəxli olmayacaq”.

 

Fariz Nəcəfov baş məşqçi Roman Qriqorçuk haqqında danışarkən onun gedəcəyini də təsdiqləyib: “Qriqorçuk haqqında sabah qərar verəcəyik, amma əgər özü gedəcəyini deyibsə, deməli gedəcək”.

 

Klub rəsmisi yeni baş məşqçinin hələlik məlum olmadığını da sözlərinə əlavə edib.

0