[b] “Tvente”nin daha 3 xalı silindi[/b]
10.04.2015 - 19:55
[b] “Tvente”nin daha 3 xalı silindi[/b]

Hollandiya Futbol Federasiyası, “Tvente” klubunun daha üç xalını silmək barədə qərar qəbul edib. Apasport.az saytı Türkiyə mətbuatına istinadən məlumatına görə, bu addıma səbəb kimi komandanın üzləşdiyi maliyyə böhranı göstərilir.

 

“Tvente” tərəfi açıqlamasında ötən ay da federasiyanın analoji qərar verdiyini bildirib. Artıq Hollandiyanın əsas liqasında (“Erediviziya”) çıxış edən klubun aktivindən 6 xal silinib. Komandanın maliyyə işləri üzrə məsul şəxsi Gerald van den Belt, indiki ağır durumu keçən mövsüm gözləniləndən daha çox xərclərin olması ilə əlaqələndirir.  

 

Qeyd edək ki, son qərarın ardından “Tvente” 10-cu pillədən 11-ci yerə düşüb və onun xalları indi 34-ə bərabərdi.