[b]FİFA-nın sabiq vitse-prezidentinin rüşvət alması təsdiqləndi[/b]
23.12.2017 - 12:30
[b]FİFA-nın sabiq vitse-prezidentinin rüşvət alması təsdiqləndi[/b]

FİFA-dakı korrupsiya işi ilə bağlı məhkəmə növbəti qərarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, ABŞ-ın Nyu-York şəhərindəki məhkəmə daha iki məmuru maliyyə fırıldaqıarında günahkar sayıb.

 

Bunlar FİFA-nın sabiq vitse-prezidenti Xuan Anxel Naput və Braziliya futbol konfederasiyasının prezidenti Xose Mariya Marindi. Onlar teleyayım və marketinq hüquqlarının verilməsi zamanı rüşvət almaqda təqsirli biliniblər.

 

2010-cu ildən başlayan dövrdə Naputun 10,5, Marinin 6,6 milyon dollar rüşvət aldığı sübut olunub. Hər iki futbol məmurunu 10 illik həbs cəzası gözləyir.