2015-ci ilin simvolik heyəti bəlli olub. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, ilin rəmzi komandasına düşən futbolçuların adları bilinir.
Əslində, “11-lik” bu gün İsveçrənin Sürix şəhərində keçiriləcək tədbirdə açıqlanacaq. Lakin İspaniya mətbuatı bu siyahıya düşənlərin adlarını artıq öyrənə bilib.
İspaniyalı həmkarlarımızın iddiasına görə, rəmzi komanda belə olacaq:
Qapıçı: Canluici Buffon (“Yuventus” / İtaliya)
Müdafiəçilər: Corcio Kyellini (“Yuventus” / İtaliya), Serxio Ramos (“Real” / İspaniya), Dani Alveş (“Barselona” / Braziliya), Marselo (“Real” / Braziliya)
Yarımmüdafiəçilər: Andres İnyesta (“Barselona” / İspaniya), Hames Rodriges (“Real” / Kolumbiya), Pol Poqba (“Yuventus” / Fransa)
Hücumçular: Kriştianu Ronaldo (“Real” / Portuqaliya), Neymar (“Barselona” / Braziliya), Lionel Messi (“Barselona” / Argentina).
Qeyd edək ki, tədbir Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı