[b]FİFA 2014-cü ilin 10 ən gözəl qolunu açıqladı [/b]
12.11.2014 - 23:00
[b]FİFA 2014-cü ilin 10 ən gözəl qolunu açıqladı [/b]

FİFA 2014-cü ilin ən gözəl qoluna 10 namizədin siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, qurum ən yaxşılar arasında seçim etməyi azarkeşlərin öhdəsinə buraxıb.

 

Qurumun saytı vasitəsilə səs verəcək azarkeşlər 2014-cü ilin qolunu müəyyənləşdirəcək. Dekabrın 1-nə qədər davam edəcək səsvermənin 1-ci mərhələsindən sonra namizədlərdən yalnız 3-ü Ferens Puşkaş mükafatı uğrunda mübarizəni davam etdirəcək.

 

Qalibin adına isə gələn ilin 12 yanvar tarixində İsveçrənin Sürix şəhərində “Qızıl top”un təqdim etmə mərasimində aydınlıq gələcək.

 

Qeyd edək ki, 2009-cu ildən təsis olunan mükafatı Kristiano Ronaldo (2009), Həmit Altıntop (2010), Neymar (2011), Miroslav Stox (2012) və Zlatan İbrahimoviç (2013) qazanıblar.

 

 

Tim Kehill – 18.06.2014

Avstraliya - Hollandiya, DÇ-2014

 

Dieqo Kosta – 23.11.2013

“Atletiko” – “Xetafe”, İspaniya çempionatı

 

Marko Fabian – 15.02.2014

"Krus Asul" - "Puebla", Meksika çempionatı

 

Zlatan İbrahimoviç – 19.10.2013

PSJ - "Bastiya", Fransa çempionatı

 

Paytim Kasami – 21.10.2013

"Kristal Pelas" - "Fulhem", İngiltərə çempionatı

 

Stefani Roş – 20.10.2013

“Pimaunt Yunayted" - "Ueksford Yuts", İrlandiya çempionatı

 

Xames Rodriqes – 28.06.2014

Kolumbiya - Uruqvay, DÇ-2014

 

Kamilo Sanvezzo – 06.10.2013

"Vaytkaps" — "Portlend Timbers", MLS

 

Xisato Sato — 08.03.2014

"Sanfreççe Xirosima" - "Kavasaki Frontale", Yaponiya çempionatı

 

Robin van Persi – 13.06.2014

İspaniya — Hollandiya, DÇ-2014