[b]FİFA Almaniya yığması ilə bağlı araşdırmaya başladı[/b]
07.09.2017 - 15:44
[b]FİFA Almaniya yığması ilə bağlı araşdırmaya başladı[/b]

DÇ-2018-in seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan Almaniya yığması cəzalandırıla bilər. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, FİFA Bundestimlə bağlı araşdırmaya başlayıb.

 

Buna səbəb DÇ-2018-in seçmə mərhələsində Çexiya ilə səfər matçında (2:1) alman azarkeşlərin hərəkətləri olub. Belə ki, sentyabrın 1-də Praqada baş tutan görüşdə qonaq komandanın 200 fanatı nasist şüarlar səsləndirib. FİFA Almaniya Futbol Federasiyasına (AFF) qarşı intizam araşdırmasına başlayıb. Məsələ ilə bağlı qərar bu ayın sonunda veriləcək.

 

AFF prezidenti Reynhard Qrindel həmin azarkeşlərin biletləri federasiyadan almadıqlarını bildirib.

0