[b]FİFA meneceri “Keşlə”nin yeni baş məşqçisi haqda[/b]
25.12.2017 - 15:49
[b]FİFA meneceri “Keşlə”nin yeni baş məşqçisi haqda[/b]

FİFA meneceri Vadim Şabliy həmyerlisi Yuri Maksimovun “Keşlə” klubunun baş məşqçisi təyin olunmasına biganə qalmayıb. Apasport.az saytı xəbər verir ki, ukraynalı agent bununla bağlı sosial şəbəkədə paylaşım edib.

 

Maksimovun meneceri olan Şabliy birlikdə çəkdirdikləri fotonu paylaşaraq, ona status həsr edib: “Bakının “Keşlə” komandası ukraynalı məşqçi Yuri Maksimovla 2017/18 mövsümünün sonuna qədər müqavilə imzalayıb. “Keşlə” öz ənənəsi olan klubdu. İnanırıq ki, həm çempionatda, həm də Azərbaycan kubokunda Maksimov qarşısına qoyulan vəzifənin öhdəsindən gələcək”.

 

Şabliy hazırda Dortmund “Borussiya”sında oynayan Andrey Yarmolenko və “Qəbələ”nin sabiq yarımmüdafiəçisi Aleksey Qay da daxil olmaqla, xeyli sayda tanınmış futbolçu və məşqçinin meneceridi.

 

Qeyd edək ki, bu gün “Keşlə” ilə rəsmi müqavilə imzalayan Maksimov ölkəsinə yollanıb. O, yanvarın 5-də Bakıya qayıdacaq.