FİFA-nın prezidenti Canni İnfantinonun klublararası dünya çempionatının formatının dəyişdirilməsi ilə bağlı ideyası gerçəkləşməsi çətinə düşüb. Apasport.az saytının məlumatına görə, qurum başçısının yarışda iştirak edən klubların sayını 7-dən 24-ə qədər artırıb, turniri 4 ildə bir dəfə təşkil etmək təklifi FİFA və UEFA tərəfindən müzakirəyə çıxarılıb.
Bunun üçün dünya futbol qurumunun şurasının üzvləri ilə UEFA nümayəndələri bir araya gəliblər. Assosiasiyaların rəsmiləri arasında fikir ayrılığına səbəb olan yeniliklə bağlı yekdil qərara gəlmək mümkün olmayıb. Bu üzdən də klublararası dünya çempionatının formatı ilə bağlı müzakirələrdə yekun qərar verilməyib.