[b]FİFA reytinqində ciddi dəyişiklik: Yığmamız irəliləyəcək[/b]
16.06.2015 - 23:02
[b]FİFA reytinqində ciddi dəyişiklik: Yığmamız irəliləyəcək[/b]

FİFA iyulun 9-da milli komandaların yeni reytinq cədvəlini açıqlayacaq. Apasport.az saytının məlumatına görə, dünyanın 209 yığmasının yer alacağı cədvəldə ciddi dəyişikliklərin baş verəcəyi gözlənilir.

 

Buna səbəb iyunun 4-də açıqlanan cədvəldən sonrakı 35 gün müddətində millilərin iştirakı ilə müxtəlif statuslu matçların baş tutmasıdı. AVRO-2016 və DÇ-2018-in seçmə oyunları, Amerika kuboku, həmçinin yoldaşlıq oyunlarının nəticələri təxmini cədvələ ciddi təsir edib.

 

Bu siyahıda iyunun 7-də Serbiya ilə yoxlama matçında 1:4 hesabı ilə uduzub, ayın 12-də AVRO-2016-nın seçmə mərhələsinin Norveçlə görüşündə 1 xal qazanan Azərbaycan millisinin də mövqeyi dəyişib. Komandamızın xalı 264-ə qədər azalsa da, Robert Prosineçkinin yetirmələri 2 pillə irəliləyib. Buna bir çox komandaların xal hesabında dəyişikliyin qeydə alınması səbəb olub.

 

Millimiz və “qonşuları”
108 (106). Bəhreyn – 282

108 (110). Benin – 282

110 (104). Antiqua və Barbuda – 281

111 (124). Moldova – 275

112 (105). Namibiya - 271

113 (115). AZƏRBAYCAN – 264

114 (111). Botsvana - 261

115 (112). Sent-Vinsent və Qrenadin – 260

116 (123). Keniya - 256

117 (112). Sent-Kitts və Nevis – 254

118 (113). Madaqaskar – 250

 

Təxmini siyahıya nəzər salsaq, “onluq”da da diqqətçəkən dəyişiklik var. Argentina 2 pillə irəliləyərək, zirvədə qərarlaşıb. Almaniyanı “taxtdan salan” Lionel Messi və komandası Belçikanı da geriləməyə vadar edib. İngiltərə 7, Rumıniya 6 addımlıq sıçrayışla 10 ən yaxşı komanda sırasına daxil olub. Uruqvayla Fransa isə buradakı yerini itirib.


İlk “onluq”

1 (3). Argentina – 1580

2 (1). Almaniya – 1411
3 (2). Belçika – 1391
4 (4). Kolumbiya – 1356
5 (5). Braziliya – 1344
6 (12). Rumıniya - 1277

7 (6). Hollandiya – 1204

8 (15). İngiltərə - 1157
9 (7). Portuqaliya – 1136

10 (10). İspaniya – 1110

 

Millimizin AVRO-2016-nın seçmə mərhələsindəki 5 rəqibi də təxmini siyahıda ciddi mövqe dəyişikliyi ilə üzləşib. 5 pillə irəliləyən Xorvatiya İtaliyanı da keçib. Sonuncular 1, Bolqarıstanla Malta hərəyə 5 pillə geriləyibsə, Norveç 2 addım irəliləyib.

 

AVRO-2016-nın seçmə mərhələsinin H qrupu

13 (18). Xorvatiya – 1023
14 (13). İtaliya – 1020
62 (64). Norveç - 537
67 (62). Bolqarıstan - 489
150 (145). Malta – 157

Qeyd edək ki, qonşu Türkiyə yığması təxmini siyahıda hesabında olan 657 xalla 9 pillə irəliləyib. “Ay-ulduzlular” burada 48-ci yerə yuvarlanıb.