Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, eyni gündə mərhələnin iki qarşılaşması baş tutub.
İlk oyun Bakıda keçirilib. Çempionatda heç bir iddiası qalmayan, daha çox Premyer Liqadakı yerini qorumağa çalışan “Keşlə” öz meydanında “Sumqayıt”ı qəbul edib. Mövsümün ikinci yarısında oyununda canlanma yaranan rəqiblərin “İnter Arena”dakı qarşılaşması Yuri Maksimovun “Keşlə”ylə Azərbaycan kubokunda debütü olub. Ukraynalı mütəxəssis ilk oyunundaca qələbə qazanıb. Görüş meydan sahiblərinin 1:0 hesablı qalibiyyəti ilə yekunlaşıb.
Bu oyunun ardından “Qəbələ” doğma azarkeşləri önündə “Neftçi” ilə üz-üzə gəlib. Həm çempionat, həm də kubokda qitə miqyaslı turnirlərə vəsiqəyə iddialı komandaların dueli maraqlı olub.
Səfərdə 2:1 hesablı qələbə qazanan bakılılar final yolunda inamlı addım atıb.
Azərbaycan kuboku
Yarımfinal mərhələsi, ilk oyunlar
12 aprel (cümə axşamı)
“Qəbələ” – “Neftçi” - 1:2
Qollar: Monroz, 90+1 - Lukas Qomes, 29; Namiq Ələskərov, 45
Hakimlər: İnqilab Məmmədov, Akif Əmirəli, Yaşar Abbasov, Orxan Məmmədov
AFFA nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor: Vüsal Əliyev
Qəbələ şəhər stadionu
“Qəbələ”: 23. Aqil Məmmədov, 3. Voislav Stankoviç, 8. Qismət Alıyev, 10. Ruslan Qurbanov, 11. Asif Məmmədov, 14. Cavid Hüseynov (k), 19. Filip Ozobiç, 28. Stiven Monroz, 33. Təmkin Xəlilzadə, 34. Urfan Abbasov, 45. Famussa Kone
Ehtiyat oyunçular: 35. Murad Popov, 66. Sərxan Osmanov, 4. Elvin Camalov, 5. Rasim Ramaldanov, 6. Elvin Məmmədov, 16. Omar Malone, 18. İlqar Qurbanov, 29. Hacıağa Hacıyev, 32. Amin Seydiyev, 74. Yusif Nəbiyev
Baş məşqçi: Roman Qriqorçuk
“Neftçi”: 94. Rəşad Əzizli, 6. Rəşad Sadiqov (k), 2. İlkin Qırtımov, 5. Anton Krivotsyuk, 25. Kiril Petrov, 10. Derlis Meza Kolli, 93. Soni Mustivar, 17. Rəhman Hacıyev, 7. Namiq Ələsgərov, 11. İqnasio Herrera, 9. Lukas Qomes
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 21. Məhəmməd Mirzəbəyov, 22. Mirabdulla Abbasov, 97. Elnur Cəfərov, 77. Elvin Sərkərov, 3. Fərid Abbaslı, 8. Emin Mahmudov, 12. Mayk Kampaz, 19. Fransisko Qarsiya
Baş məşqçi: Tərlan Əhmədov
“Keşlə” – “Sumqayıt” - 1:0
Qol: Sezar Meza kolli, 90+1
Hakimlər: Rəhim Həsənov, Knyaz Əmiraslanov, Vüqar Bayramov, Ömər Paşayev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Hakim-inspektor: Xaqani Məmmədov
“İnter Arena”
“Keşlə”: 15. Orxan Sadıqlı, 2. Sertan Taşkın, 3. Denis Silva, 4. Slavik Alxasov, 7. Vaqif Cavadov (k), 9. Pərdis Fərcad-Azad, 10. Sezar Meza Kolli, 24. Fuad Bayramov, 27. Adrian Skarlatake, 33. Tərlan Quliyev, 90. Ebrima Sohna
Ehtiyat oyunçular: 1. Kamran Ağayev, 16. Şahin Zəkiyev, 14. Andre Klennon, 21. Herve Tçami, 22. Məqsəd İsayev, 39. Əlibəy Məmmədli, 40. Nemanya Stoyanoviç, 80. Rafael Məhərrəmli, 88. Məmməd Quliyev
Baş məşqçi: Yuri Maksimov
“Sumqayıt”: 1. Fərhad Vəliyev (k), 2. Rail Məlikov, 5. Vüqar Bəybalayev, 7. Cavid Tağıyev, 9. Amil Yunanov, 11. Ehtiram Şahverdiyev, 13. Bəhlul Mustafazadə, 18. Tural Axundov, 19. Azər Salahlı, 32. Rəşad Eyubov, 97. Xəyal Nəcəfov
Ehtiyat oyunçular: 23. Mehdi Cənnətov, 3. Vurğun Hüseynov, 6. Kamal Mirzəyev,
10. Cavid İmamverdiyev, 17. Nicat Qurbanov, 25. Süleyman Əhmədov, 70. Ülvi İsgəndərov, 77. Elnur Abdullayev
Baş məşqçi: Samir Abasov