[b]Finala doğru [/b]
11.04.2015 - 23:02
[b]Finala doğru [/b]

Sabah Azərbaycan kubokunda yarımfinal mərhələsinə start veriləcək. Apasport.az saytının məlumatına görə, ilk oyunlar çərçivəsində baş tutacaq hər iki qarşılaşma eyni gündə keçiriləcək.

 

Yarımfinal həyəcanının ilk pərdəsi Bakıda baş tutacaq. Finala vəsiqə uğrunda mübarizə aparan 4 komanda həlledici oyuna doğru ilk addımı bu matçlarda atmalıdı. Günün ilk matçında əyalət təmsilçiləri üz-üzə gələcək. Çempionatın lideri “Qarabağ” “İnter Arena”da “Simurq”u sınağa çəkəcək. Son turlarda uğursuz çıxış edib, avrokubok ümidlərini daha çox kuboka bağlayan qonaqlar son çempionu büdrətməyə çalışacaq.

 

Ağdam təmsilçisi ilə son görüşlərdə müsbət nəticə qazanmaqda çətinlik çəkən zaqatalalılar yarımfinalda istəklərinə çatmaq iddiasındadı. Kubokda yolları ilk dəfə kəsişən rəqiblərin oyunundan bir saat sonra paytaxt derbisinə start veriləcək.

 

Premyer Liqada gümüş mükafat uğrunda mübarizə aparan “Neftçi” ilə “İnter” kubokda da iki ən güclüdən biri olmaq üçün üz-üzə gələcək. Bu yarışda dəfələrlə yolları kəsişən bakılılar münasibətlərini “Bakcell Arena”da müəyyənləşdirəcək. Ardıcıl 3 dəfə finalda oynayıb, Azərbaycan rekorduna imza atan “Neftçi” bu rəqəmi 4-ə çatdırmaq niyyətindədi. “Bankirlər” tarixində qazanmadığı kuboka olan iddiasını həmşəhərlilərinə də göstərməlidi.

 

Qeyd edək ki, yarımfinal mərhələsinin cavab oyunları aprelin 21-də keçiriləcək.

 

 

Azərbaycan kuboku

Yarımfinal

13 aprel (bazar ertəsi)

 

18:00. “Qarabağ” – “Simurq”

“İnter Arena”

 

19:00. “Neftçi” – “İnter”

“Bakcell Arena”