[b]Firmino, Salah, Mane > Ronaldo, Beyl, Benzema[/b]
03.05.2018 - 01:29
[b]Firmino, Salah, Mane > Ronaldo, Beyl, Benzema[/b]

“Liverpul”un hücum “üçlüy”ü Robert Firmino, Muhammed Salah və Sadio Mane rekorda imza atıblar. Apasport.az saytının məlumatına görə, “trio” ümumilikdə bu mövsüm ÇL-də 29 qola imza atıb.

 

Yarımfinal mərhələsinin cavab oyununda “Roma” ilə matçda fərqlənən Firmino rekordu rəsmiləşdirib.

 

Bundan öncəki ən yüksək göstərici – “Real”ın hücumçuları – Ronaldo, Beyl və Benzemaya aid idi. Onlar 2013/14 mövsümündə birlikdə 28 qola imza atmışdılar.

 

Maraqlıdı ki, 2014/15 mövsümündə Messi, Neymar, Suares “üçlüy”ü “Barselona” üçün 27 dəfə rəqib qapıların torunu silkələyib.