[b]Flavinyo “Neftçi”dən ayrıldı[/b]
04.10.2014 - 14:53
[b]Flavinyo “Neftçi”dən ayrıldı[/b]

“Neftçi” Premyer Liqanın VIII turunda “Sumqayıt”la keçiriləcək oyunun hazırlığını davam etdirir. Apasport.az saytının məlumatına görə, bu gün klubun bazasındakı meydançada baş tutan məşqdə milli komandaların heyətinə cəlb olunmuş futbolçularla yanaşı, Flavinyo da iştirak etməyib.

 

Kapitan zədəsini müalicə etdirmək üçün İtaliyaya yollanıb. Braziliyalı yarımmüdafiəçi orada şəxsi həkiminin nəzarəti altında müalicə olunacaq.