“Neftçi”nin baş məşqçisi Arif Əsədov komandanın kapitanı Flavinoyonu cəzalandıracaq. Apasport.az saytının məlumatına görə, buna 32 yaşlı yarımmüdafiəçinin əzəli rəqibi “Xəzər Lənkəran”la görüşdə sarı vərəqə alması səbəb olub.
Belə ki, Flavinoyonun 3 “sarı”sı olduğundan baş məşqçi ona ciddi qayda pozuntusuna yol verməməyi tapşırıb. Əks halda, əvvəlki formasından uzaq olan “sambaçı”nı 1000 manat cərimələnəcəyi vurğulayıb.
XXIX tur çərçivəsində “Xəzər Lənkəran”la oyunda isə Flavinoyo çalışdırıcısının sözünə yerə salaraq, sarı vərəqə limitini doldurub. Bu vərəqələrin sayının 4-ə çatması onun növbəti turda “Qəbələ” ilə oyunu buraxması ilə yanaşı, 1000 manat ziyana düşməsi ilə də nəticələnib.
Qeyd edək ki, hazırda davam edən “Xəzər Lənkəran” – “Neftçi” matçında hesab 2:2-di.