“Roma”nın kapitanı və əfsanəsi Françesko Totti Çempionlar Liqasında şəxsi rekordunu yeniləyib. Apasport.az saytının məlumatına görə, MOİK-lə (1:1) Moskvada keçirilən görüşdə hesabı açan İtaliya millisinin sabiq futbolçu turnirdə ən yaşlı qol vuran oyunçu olub.
Totti 38 yaş 59 günlüyündə matçın 43-cü dəqiqəsində cərimə zərbəsindən İqor Akinfeyevin qoruduğu qapıdan fərqləməyi bacarıb.
Bundan əvvəlki rekord da “canavarlar”ın futbolçusunun özünə məxsus idi. O, sentyabrın 30-da “Mançester Siti” ilə oyunda (1:1) qol vurmaqla Rayan Giqqzin rekordunu (2001-ci il, 37 yaş, 289 gün) qırmışdı.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı