[b]Fransa – Azərbaycan matçının hakimləri müəyyənləşdi[/b]
02.04.2018 - 13:57
[b]Fransa – Azərbaycan matçının hakimləri müəyyənləşdi[/b]

19 yaşadək qızlardan ibarət yığma komandalar arasında Avropa çempionatının elit-raundunda 3-cü qrupun ilk təyinatları açıqlanıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin Fransa ilə görüşünü idarə edəcək referilər də müəyyənləşib.

 

UEFA Finlandiyada baş tutacaq qarşılaşmanı ingiltərəli Rebekka Uelçə tapşırıb. Ona həmyerlisi Helen Brayn və finlandiyalı Lotta Vuorio kömək edəcək. 4-cü hakim funksiyasını yerli referilərdən Hanna Kapiaynen yerinə yetirəcək.

 

Qeyd edək ki, aprelin 4-də Lahti şəhərində yerləşən “Kisapuisto” stadionunda keçiriləcək Fransa – Azərbaycan oyunu Bakı vaxtı ilə 13:30-da start götürəcək.