[b]Fransa çempionatının ən yaxşı oyunçusu məlum oldu[/b]
17.05.2015 - 21:49
[b]Fransa çempionatının ən yaxşı oyunçusu məlum oldu[/b]

Fransada ilin ən yaxşı oyunçusu müəyyənləşib. Apasport.az saytının məlumatına görə, mövsümün ən yaxşısı “Lion”un hücumçusu Aleksandr Lakazet seçilib.

 

PSJ-nin hücumçusu İbrahimoviç isə bu sırada ikinci olub.

 

Hazırda Fransa birinciliyinin bombardiri olan Lakazet 33 oyunda 27 dəfə fərqlənib. İbrahimoviç isə 24 oyunda 19 dəfə fərqlənməklə üçüncüdür.

 

Mövsümün ən yaxşı qapıçısının kimliyinə də aydınlıq gəlib. “Marsel”in və Fransa yığmasının qolkiperi Stiv Mandanda bütün rəqiblərini qabaqlayıb. Mandanda cari mövsüm Liqa 1-də 37 oyunda 42 qol buraxıb.