“Monako” Bakıya ciddi itkilərlə gəlib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Fransa təmsilçisi Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la matça 15 oyunçusunu gətirməyib.
Avroliqanın qrupu üçün 35 oyunçu sifariş verən baş məşqçi Leonardo Yardim paytaxtımıza 20 nəfəri gətirmək qərarına gəlib. Fransada qalan 15 oyunçudan isə 5-i əsas heyət üzvləridi. Bunlar müdafiəçi Fabio Koentrao, həmçinin yarımmüdafiəçilər Nabil Dirar, Temue Bakayoko, Adama Traore və Tomas Lemardı. Adıçəkilən futbolçuların hamısı zədədən əziyyət çəkdikləri üçün Monakoda saxlanılıblar.
Düzdü, onlarla yanaşı, müdafiəçi Uollos da zədəsini tam sağaltmayıb. Lakin baş məşqçi onun adını 20 nəfərlik heyətə daxil edib.
“Monako” Bakıya bu futbolçularla gəlib
Qapıçılar: 1. Daniel Subaşiç, 16. Pol Nardi, 50. Loik Badiaşil
Müdafiəçilər: 6. Rikardo Karvalyo, 21 Elderson, 2. Fabinyo, 47. Kevin N’Doram, 24. Andrea Raqqi, 38. Almami Ture, 13. Uollos
Yarımmüdafiəçilər: 41. Yohan Andzuana, 17. İvan Kavalyero, 10. Bernardo Silva, 44. Conatan Meksike, 8. Joan Moutinyo, 20. Mario Pasaliç, 28. Ceremi Tulalan
Hücumçular: 11. Qvido Karrilyo, 22. Stefan El-Şaravi, 19. Lasina Traore
Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Monako” oyunu saat 20:00-da başlayacaq.