“Hafka” ləqəbli azərbaycanlı iş adamı Hafiz Məmmədovun sahibi olduğu “Lans” klubu maliyyə problemlərindən yaxa qurtara bilmir. Apasport.az xəbər verir ki, Fransa təmsilçisinin rəhbərləri bir neçə dəfə Bakıya pul dalınca gəlsələr də, buradan əliboş dönüblər.
“Hafka” klub prezidenti Jerve Martvelə noyabrın 20-dək 2,5 milyon avro ödəyəcəyini desə də, həmin məbləğ hələ də ünvanına çatmayıb. Artıq fransızlar müflis olmuş azərbaycanlı iş adamının verdiyi vədlərə inanmır.
Klubun durumundan təngə gələn “Lans”ın azarkeşləri də “Hafka”ya etiraz ediblər. Fransa çempionatının XIV turunda “Loryen”lə keçirilən səfər oyununda üzərində “Hafiz bizi öldürdü” (“Hafiz m’a tué”) yazılan köynəklərlə stadiona gələn fanatlar azərbaycanlı iş adamından vəd etdiyi pulları verməsini tələb ediblər. Əks-halda, onlar Hafiz Məmmədovu klubun düşməni elan edəcəklərini bildiriblər.
Mənbə: butfootballclub.fr
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı