İspaniya milli komandasının keçmiş üzvü Xuan Kapdevilya karyerasını bitirib. Apasport.az saytının məlumatına görə, son olaraq “Lyers” klubunda forma geyinən müdafiəçi məşq zamanı ağır zədə aldığı üçün karyerasını bitirmək qərarına gəlib.
37 yaşlı müdafiəçi, futbol həyatını məhz bu şəkildə bitirdiyi üçün üzgün olduğunu, ancaq bundan sonra ailəsinə və dostlarına daha çox vaxt ayıra biləcəyi üçün isə məmnun olduğunu bildirib.
Xatırladaq ki, “Espanyol”, “Atletiko”, “Vilyareal” və “Deportivo” kimi klublarda da forma geyinmiş Kapdevilya İspaniya milli komandası ilə 2008-ci il Avropa çempionluğunu, 2010-cu ildə isə dünya birinciliyini qazanmışdı.