[b]İngiltərə yığmasının futbolçusu mundiala cangüdənlə gedəcək[/b]
26.03.2018 - 12:47
[b]İngiltərə yığmasının futbolçusu mundiala cangüdənlə gedəcək[/b]

İngiltərə yığmasının futbolçularından biri Rusiyada keçiriləcək dünya çempionatına cangüdənlə yollanacaq. Apasport.az saytının Britaniya mətbuatına istinadən məlumatına görə, adı açıqlanmayan həmin oyunçu yerli futbol federasiyasına bununla bağlı müraciət edib.

 

Mundial zamanı onu qoruyacaq cangüdən hər saatına 40 funt-sterlinq alacaq. Ümumilikdə futbolçu təhlükəsizlik xidməti üçün 7 min funt-sterlinq ödəməlidi. Federasiya isə bu məbləği qarşılamayacağını bildirib.

 

Qeyd edək ki, İngiltərə yığması dünya çempionatında Belçika, Panama və Tunislə bir qrupda mübarizə aparacaq.