“Liverpul”un müdafiəçisi Trend Aleksandr-Arnold Çempionlar Liqasının ¼ final mərhələsi çərçivəsində “Mançester Siti” ilə oynanılan görüşlərini yekunlarını dəyərləndirib. Apasport.az saytının məlumatına görə, gənc futbolçu, nümayiş etdirdiyi oyunla “Siti”yə heç də “Liverpul”un ən zəif həlqəsi olmadığını göstərdiyini deyib: “Məncə, “Mançester Siti” məni komandanın ən zəif həlqəsi qismində görürdü. Bəlkə də, bu, mənim özümü toparlamağıma yardımçı oldu və onlara yanıldıqlarını isbat etməyə çalışdım. Hər iki oyunda əlimdən gələnin ən yaxşısı ortaya qoydum, individual duellərdən qalib ayrılmaq, komandanın növbəti mərhələyə yüksəlməsi üçün mümkün olan hər şeyi etdim. Mənim üçün çətin sınaq idi. Normal oyunumdan daha yaxşısını ortaya qoymaq məcburiyyətindəydim. Şəxsi dəyərləndirmələrimə görə, performansımı bir üst səviyyəyə çıxara bildim. Çalışmalıyam ki, həmişə belə oyun nümayiş etdirim”.
Arnold “Liverpul”un ikinci hissədə etdiyi geri dönüşün komandanın xarakterinin göstəricisi olduğunu əlavə edib:
“İlk hissə ağır idi. Öz meydançamıza məhkum olmuşduq, rəqib tərəfə keçə bilmirdik. İlk dəqiqələrdə qol buraxdıq, bu, işlərimizi daha da çətinləşdirdi. İkinci hissədə iki qol vurub, qələbə qazanmağımız və Çempionlar Liqasındakı məğlubiyyətsiz seriyanı davam etdirməyimiz bizim xarakterimizin göstəricisidi”.