[b]George Çixradze: Mənim üçün danışmaq ağırdı[/b]
01.05.2015 - 18:44
[b]George Çixradze: Mənim üçün danışmaq ağırdı[/b]

Zaqatalada baş tutan və “İnter”in 3-2 hesablı qələbəsi ilə başa çatan “Simurq” – “İnter” oyunundan sonra hər iki komandanın baş məşqçiləri oyun haqqında fikirlərini bölüşüblər:

Kaxaber Sxadadze (“İnter”in baş məşqçisi): “İlk hissədə çox dinamik oyunun şahidi olduq. Hər iki komandanın qapısı qarşısında qol vəziyyətləri olurdu. Bəzi epizodlarda müdafiəçilər səhvlər etdilər. Amma Səlahət Ağayev əla oyun sərgilədi. Oyundan tam razı deyiləm. Amma 3 xal qazanıb ehtiyatımızı zənginləşdirdik. Son zamanlar hər iki komandada problem var. Bir müddətdir ki, maaş almayan oyunçuların sərgilədiyi futbol isə alqışalayiqdi. Ümid edirəm ki, vəziyyət düzələcək”.

George Çixradze (“Simurq”un baş məşqçisi): “Oyun barədə danışmaq mənim üçün çox çətindi. Start fitindən sonra yaranmış vəziyyət artıq komandanın durumundan xəbər verir. Mənim üçün danışmaq ağırdı. Rəqib oyuna daha yaxşı köklənmişdi və bunun nəticəsidir ki, vacib qələbə qazandılar. Hazırkı vəziyyətdə biz gələcəyin necə olacağını bilmirik. Hələ ki yolumuza davam edirik”.