“Çox vacib oyunda qələbə qazandıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Simurq”un baş məşqçisi Georgi Çixradze deyib.
Gürcüstanlı mütəxəssis bu gün Topaz Premyer Liqasının XII turunda doğma meydanda “Neftçi”ni 1:0 hesabı ilə məğlub etmələrindən danışıb: “Biz liderə qarşı oynayırdıq. Buna baxmayaraq, futbolçular oyuna kökləndilər. Çox xallar itirmişik. Bu gün isə çox vacib qələbə əldə etdik. Mən futbolçuları və azarkeşləri təbrik etmək istəyirəm. Fanatlar həmişə bizə dəstək olurlar. Bizim məqsədimiz yaxşı yerlər uğrunda mübarizə aparmaqdı. Həm çempionatda, həm də kubokda mübarizəmiz davam edir”.(pfl)
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı